Naftalan Central Wellnoss resort

Naftalan Central Wellness Resort – 2026 Kampaniya

Aprel ayına xüsusi AKSİYA!   6+1 gecə hədiyyə  12+2 gecə hədiyyə

Naftalan Central Wellness Resort — Naftalanda yeni açılmış və qısa zamanda böyük maraq qazanan müasir 4 ulduzlu sanatoriyadır. Burada həm sağlamlığınızı bərpa edə, həm də sakit və komfortlu istirahət edə bilərsiniz.

Sanatoriya Naftalan şəhərində, Səməd Vurğun parkı ərazisində yerləşir. Ümumi sahəsi geniş və yaşıllıqlarla əhatələnmişdir. Təmiz hava və sakit mühit bədəninizi rahatladır, enerjinizi bərpa edir.


Otaqlar

Sanatoriya ümumilikdə 170 qonaq qəbul edə bilir və 88 komfortlu otaqdan ibarətdir.
9 mərtəbəli bina müasir dizayn və rahatlığı ilə seçilir.

Otaqlarda:

  • Rahat və yeni mebellər
  • Hamam otağı (şampun, xalat, fen və s.)
  • TV və internet
  • Mini bar və сейф
  • Balkon

Gündəlik təmizlik xidməti və çoxdilli personal xidmətinizdədir.


Qiymətə nələr daxildir?

✔ Gündə 3 dəfə qidalanma (açıq bufet)
✔ Naftalan vannaları
✔ 15 dəqiqəlik masaj
✔ Fizioterapiya prosedurları:

  • vakuum terapiya
  • elektroforez
  • darsonval
  • UHF
  • fonoforez və s.
  •  Həkim müayinəsi və nəzarət

Tam effekt üçün ən azı 10–14 gün qalmaq tövsiyə olunur

Qidalanma

Sanatoriyada restoran və kafelər fəaliyyət göstərir.
Qonaqlara gündə 3 dəfə şved stolu təqdim olunur.
İstəyə uyğun dietik menyu da mümkündür.


İnfrastruktur və rahatlıq

Sanatoriya ərazisində hər şey var:

  • Restoran və kafelər
  • Spa və istirahət zonaları
  • Mağazalar və xidmət sahələri
  • Rahat və sakit mühit

Qonaqlara fərdi yanaşma və yüksək xidmət göstərilir.


 Əyləncə

  • Fitness zalı
  • Uşaq əyləncə zonası
  • Türk hamamı və banya
  • Spa salon
  • Axşam canlı musiqi və proqramlar

 Müalicə sahələri

✔ Əsas istiqamət:

  • Oynaq və sümük xəstəlikləri (artroz, artrit, osteoxondroz və s.)
  • Dəri xəstəlikləri (psoriaz, dermatit, ekzema və s.)

✔ Əlavə:

  • Sinir sistemi
  • Ginekoloji və uroloji problemlər
  • Reabilitasiya və ümumi bərpa

Bütün müalicə proqramı həkim nəzarəti ilə fərdi şəkildə təyin olunur.


⚠️ Qeyd

Naftalan müalicəsi əvvəlcədən həkim müayinəsindən sonra təyin edilir.
Bəzi hallarda prosedurlar fərdi olaraq dəyişdirilə bilər.

Rezervasiya və transfer necə edilir?

Sanatoriyada otaq rezerv etmək üçün bizimlə birbaşa əlaqə saxlaya və ya sayt üzərindən müraciət edə bilərsiniz.
Rezervasiya prosesi sadə və sürətlidir, əlavə ödəniş tələb olunmur.
Ödəniş isə sanatoriyaya gəldikdən sonra həyata keçirilir.


Transfer 

✔ Ödəniş yerində edilir
✔ Gəncədən transfer:  35 AZN
✔ Bakıdan transfer:  100 AZN
✔ Goran stansiyasından — pulsuz transfer

Ətraflı məlumat və məsləhət üçün bizimlə əlaqə saxlayın:

Tez-tez verilən suallar

Naftalan Central Wellness Resort həm Naftalan müalicəsi almaq istəyən qonaqlar, həm də sakit istirahət axtaran ailələr üçün uyğundur. Otelin əsas üstünlükləri yeni 4 ulduzlu sanatoriya, 88 otaq, 3 dəfə şved stolu, naftalan vannaları, masaj, fizioterapiya və transfer imkanlarıdır. Rezervasiya zamanı otaq tipi, qalma müddəti və müalicə ehtiyacları ayrıca dəqiqləşdirilir.

Bəli, Naftalan Central Wellness Resort qonaqlarına Naftalan nefti ilə müalicə prosedurları təqdim edir. Naftalan vannaları və əlavə prosedurlar həkim məsləhətindən sonra təyin olunur. Müalicə proqramı adətən qonağın sağlamlıq vəziyyətinə və seçilən paketə görə fərdi şəkildə hazırlanır.

Naftalan Central Wellness Resort əsasən oynaq, revmatizm, dəri xəstəlikləri, sinir sistemi, reabilitasiya, uroloji və ginekoloji problemlər üçün seçilən Naftalan sanatoriyalarındandır. Konkret prosedurlar həkim baxışından sonra müəyyən edilir və lazım gəldikdə fizioterapiya ilə birlikdə aparılır.

Naftalan müalicəsində optimal kurs çox vaxt 10-14 gün hesab olunur, lakin Bu oteldə qalma müddəti qonağın məqsədinə görə dəyişə bilər. Qısa istirahət üçün 5-7 gün, daha ciddi müalicə və bərpa üçün isə daha uzun proqram seçmək məsləhətdir.

Bu oteldə qiymət otaq tipinə, mövsümə və seçilən paketə görə dəyişir. Paketdən asılı olaraq qidalanma, həkim konsultasiyası, Naftalan prosedurları, fizioterapiya və əlavə spa xidmətləri daxil ola bilər. Dəqiq tərkib rezervasiya zamanı yoxlanmalıdır.

Naftalan Central Wellness Resort üçün rezervasiya etmək üçün saytda müraciət formunu göndərmək kifayətdir. Əməkdaşlarımız otaq mövcudluğunu, qiyməti, müalicə paketini və transfer imkanlarını dəqiqləşdirərək sizə uyğun təklif təqdim edir. Uşaqların sayı və yaşını əvvəlcədən qeyd etmək tövsiyə olunur.

Kalkulyator

Otaqlar

DELUXE SUITE OTAQ

DELUXE SUITE OTAQ

Pulsuz Wi-Fi

5 nəfərlik

50 m²

Hamam otağı

Otaq şəkilləri

Deluxe suite otaq (50 kv.m) – 2 otaqli rahat və tam təchizatlıdır: mini bar, çay/kofe/su, seyf, şkaf, TV (AZ və rus kanalları), Wi-Fi, kondisioner, xalat və hamam ləvazimatları, gündəlik təmizlik Qiymətə daxildir • Gəncə və Goran stansiyasından pulsuz transfer • Gündə 3 dəfə qidalanma (şved stolu) • Həkim konsultasiyası • Qan və sidik analizləri • USM və EKQ Müalicə • Naftalan vannaları • Parafin müalicəsi • Klassik masaj • Həkim təyinatı ilə gündəlik fizioterapiya: elektroforez, lazer terapiyası, maqnit terapiyası, fonoforez, amplipuls, solyuks, darsonval, vakuum terapiyası, UHF və s. SPA və istirahət • türk hamamı • sauna • idman zalı

SUPERIOR OTAQ ( STANDART PAKET )

SUPERIOR OTAQ ( STANDART PAKET )

Pulsuz Wi-Fi

3 nəfərlik

29 m²

Hamam otağı

Otaq şəkilləri

Standart otaq (29 kv.m) – rahat və tam təchizatlıdır: mini bar, çay/kofe/su, seyf, şkaf, TV (AZ və rus kanalları), Wi-Fi, kondisioner, xalat və hamam ləvazimatları, gündəlik təmizlik

Qiymətə daxildir

• Gəncə və Goran stansiyasından pulsuz transfer
• Gündə 3 dəfə qidalanma (şved stolu)
• Həkim konsultasiyası
• Qan və sidik analizləri
• USM və EKQ


Müalicə

• Naftalan vannaları
• Parafin müalicəsi
• Klassik masaj
• Həkim təyinatı ilə gündəlik fizioterapiya:
elektroforez, lazer terapiyası, maqnit terapiyası,
fonoforez, amplipuls, solyuks, darsonval,
vakuum terapiyası, UHF və s.


SPA və istirahət

• türk hamamı
• sauna
• idman zalı

Rəylər

5/5

Toplam 0 rəy

Rəy yazın