Naftalan kurortları uroloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində uzun illərdir yüksək ixtisaslaşmış xidmət göstərir. Müalicənin əsasını dünyada analoqu olmayan naftalan yağı təşkil edir.
Xroniki prostatit
Uretrit
Sidik kisəsinin iltihabi xəstəlikləri
Cinsi funksiyanın pozğunluqları
Naftalan vannaları və yerli tətbiqlər
Paraffin-naftalan applikasiyaları
Fizioterapiya prosedurları (ultrasəs, maqnitoterapiya, lazer terapiyası)
Peşəkar uroloq konsultasiyası və laborator diaqnostika
Naftalan terapiyası orqanizmdə qan dövranını yaxşılaşdırır, iltihabi prosesləri azaldır, ağrını və ödemi aradan qaldırır, toxuma regenerasiyasını sürətləndirir.
Hər bir pasiyent üçün yaş, diaqnoz və ümumi sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə planı hazırlanır. Müalicələr sanatoriyanın ixtisaslı tibbi heyəti tərəfindən yüksək gigiyenik standartlara uyğun şəkildə aparılır.
Elave melumat ucun whatsaap ve ya telegramda yazib suallarinizi cavablandira bilersiz.